İlkaya daha bir müştəri
13.11.2022 - 23:24
“Mançester Siti”nin futbolçusu İlkay Gündoğanı heyətində görmək istəyən daha bir klub bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Barselona” almaniyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
İspaniya nəhəngi onun transferini qışda reallaşdırmaq istəyir. Mançesterlilərin digər üzvü Bernardo Silvanın keçidini həll edə bilməyən La Liqa klubu İlkayla kifayətlənmək qərarına gəlib.
Qeyd edək ki, Gündoğan Almaniya və Türkiyə klublarının da hədəfindədir.
0
0