İmmobile "Beşiktaş"da
12.07.2024 - 13:37
İmmobile "Beşiktaş"da

Türkiyə Super Liqa təmsilçilərindən "Beşiktaş" yeni mövsümə hazırlıq üçün transfer işlərini davam etdirir.

Apasport.az xəbər verir ki, "ağ-qaralar" daha bir ulduz futbolçunu heyətinə qatıb.

Belə ki, "Latsio"nun kapitanı Ciro İmmobile önümüzdəki 2 il ərzində "Beşiktaş" forması geyinəcək.

İtalyan ulduzu gətirən təyyarə artıq bu gün Bakı vaxtı ilə saat 19:30-da İstanbula eniş edəcək.

Qeyd edək ki, Çiro ötən sezon “Latsio” forması ilə 43 oyuna çıxıb, 11 qol vurub, 1 qol ötürməsi edib.  
 
 

writer photo
Əlirza Əlirzalı
0