Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayevin xidmətində Avropa klubları maraqlıdır.
Apasport.az saytına verilən məlumata görə, millimizin üzvünü hazırda iki klub israrla transfer etmək niyyətindədir. Belə ki, "Legiya" Mustafayevi elə bu yay heyətinə qatmaq istəyir. Varşava klubunun əsas rəqibi isə "Gent"dir.
Ukraynanın "Polesye" klubuna məxsus olan Emilin bu yay komandasını dəyişib-dəyişməyəcəyi verəcəyi qərardan asılı olacaq. Ötən mövsümün əvvəlində yetirməsi olduğu "Aleksandriya"dan "Polessye"yə keçən azərbaycanlı futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.
Xatırladaq ki, onun daha əvvəl "Neftçi"yə keçəcəyi iddialı olunsa da, futbolçu bu kluba keçməyəcəyini bildirib.