Millimiz Premyer Liqa üçün Qahirəyə yollandı
26.01.2023 - 11:28
Millimiz Premyer Liqa üçün Qahirəyə yollandı

Azərbaycan yığması yanvar 27-29-da Karate1 seriyasından yeni mövsümün ilk Premyer Liqa turnirində iştirak etmək üçün Misirin paytaxtı Qahirəyə yollanıb.

Milli Karate Federasiyasından apasport.az saytına verilən məlumata görə, qurumun prezidenti Yaşar Bəşirov və baş katib Camal Murtuzəliyevin rəhbərlik etdiyi heyətdə 25 nəfər yer alıb. 

Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov müxtəlif çəkilərdə bir neçə idmançının çıxış etməsinə üstünlük verib. Onlardan Əminağa Quliyevlə Sultan Hüseynov 60 kq, Tural Ağalarzadə, Firdovsi Fərzəliyev, Nuran Rzazadə 67 kq, Fərid Ağayev 75 kq, Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov 84 kq, Asiman Qurbanlı və Osman Osmanlı isə +84 kq çəki dərəcələrində döyüşəcək. 

Roman Heydərov kata yarışlarında iştirak edəcək. 
Kumite üzrə qadınların baş məşqçisi Denis Morozov Fidan Teymurovaya (50 kq), Mədinə Sadiqovaya (55 kq), Renata Ərəbliyə (61 kq) və İrina Zaretskaya (68 kq) şans verəcək.
 
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov 58 ölkədən 382 idmançının mübarizə aparacağı Karate1 Premyer Liqa turnirinin Qahirə mərhələsini idarə edən referilər arasında olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0