İmmobile narazıdır...
03.12.2023 - 22:59
İmmobile narazıdır...

Çiro İmmobile İtaliya yığmasının baş məşqçisi Luçano Spallettinin qərarından narazıdır

Apasport.az xəbər verir ki, o, milli komandanın son oyunlarına dəvət almamasını heç cür anlaya bilmir.

“Latsio”nun təcrübəli hücumçusu hələ də “skuadra adzurra”ya fayda verə biləcəyini düşünür:

“Artıq milli komandaya dəvət almamağım mənə qəribə görünür. Yığmaya fayda verə biləcəyimi düşünürəm. Fiziki cəhətdən yaxşı formadayam, öz gücümə əminəm”.

Qeyd edək ki, İmmobile "mavilər"in formasıyla 57 matça çıxıb və 17 qol vurub. 

writer photo
Əlirza Əlirzalı
0