Yığma oyunçusunun yayda evi qarət olundu, indi xəbər tutdu
17.02.2023 - 10:27
Yığma oyunçusunun yayda evi qarət olundu, indi xəbər tutdu

"Çelsi"nin müdafiəçisi Mark Kukurelya xoşagəlməz hadisə ilə üzləşib. 

Apasport.az saytı xəbər verir ki, futbolçunun evi 2022-ci ilin yayında qarət edilsə də, oğurluq hadisəsi indi ortaya çıxıb.  

Polis artıq bununla bağlı şübhələndiyi iki nəfəri saxlayıb. Araşdırma aparılır. 

Qeyd edək ki, İspaniya millisində də çıxış edən 24 yaşlı Kukurelya bu mövsüm "Çelsi"nin heyətində 26 oyuna 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0