İngilis futbolçu 375 matça pul qoyuluşu etdi və... - İTTİHAM
13.07.2023 - 11:51
İngiltərə “Nottinqam Forest”inin müdafiəçisi mərc oyunları ilə bağlı qaydaları pozmaqda ittiham olunur.
Apasport.az saytı xəbər verir ki, Futbol Assosiasiyası tərəfindən verilən açıqlamada Harri Toffolonun 2014/17-ci illərdə bukmeker kontorlarında 375 matça pul yatırdığı bildirilir.
27 yaşlı sol cinah müdafiəçisi sözügedən illərdə “Norviç” komandasının şərəfini qoruyub. Futbolçudan iyulun 19-dək ittihamlara cavab verməsi tələb olunub.
Qeyd edək ki, ingilis futbolçu 2020-ci ildən “Nottinqem Forest” komandasında çıxış edir.
0
0