İngiltərə Futbol Assosiasiyası Robertsonu vuran hakimi cəzalandırmayacaq
14.04.2023 - 01:46
İngiltərə Futbol Assosiasiyası Robertsonu vuran hakimi cəzalandırmayacaq

İngiltərə Futbol Assosiasiyası (FA) "Liverpul"un müdafiəçisi Endryu Robertsonu vuran hakimi cəzalandırmayacaq.

Apasport.az xəbər verir ki, qurum bu epizodla bağlı açıqlama yayıb:

"Biz "Liverpul"un müdafiəçisi Endryu Robertson və matçın hakimi Konstantin Hatzidakislə "Enfild"də baş vermiş son insidentlə bağlı bütün dəlilləri diqqətlə nəzərdən keçirdik və bundan sonra heç bir tədbir görməyəcəyik".

Hatzidakis özü isə bu məsələni Robertsonla müzakirə etdiyini bildirib: “Açıq və müsbət söhbət zamanı bu məsələni birbaşa Endi Robertsonla müzakirə etdim. Endini vurmaq fikrim olmayıb. Əlim dəydiyi üçün ondan üzr istəmişəm".

Qeyd edək ki, Premyer Liqanın XXX turunun “Liverpul” – “Arsenal” matçının (2:2) ilk yarısının başa çatmasından az sonra şotlandiyalı futbolçu yunan əsilli yan hakim Konstantinos Hatzidakisə yaxınlaşaraq nə isə danışmağa başlayıb. Hakimin sağ dirsəyi Robertsonun sifətinə dəyib. Endryu qəzəbinə görə sarı vərəqə alıb.

writer photo
Əlirza Əlirzalı
0