“Mançester Yunayted”dən rekord
15.08.2023 - 09:45
“Mançester Yunayted”dən rekord

Premyer Liqanın I turunda “Vulverhempton”la qarşılaşan “Mançester Yunayted” 1:0 hesabı ilə qalib gəlib. 

Apasport.az saytının məlumatına görə, bununla da Erik Ten Haqın yetirmələri mövsümə qələbə ilə başlayıb.

“Qırmızı şeytanlar” tarixində 21-ci dəfə Premyer Liqanın ilk oyununda 3 xal qazanıb. Bu, yarışın tarixində yeni rekorddur. Heç bir komanda startda bu qədər uğur əldə etməyib.

Qeyd edək ki, “Old Trafford”dakı matçda qolu Rafael Varan vurub.
 

writer photo
Əlirza Əlirzalı
0