İngiltərə millisinin baş məşqçisi istefa verdi
16.07.2024 - 14:19
İngiltərə millisinin baş məşqçisi istefa verdi

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt vəzifəsindən istefa verib.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası (FA) məlumat yayıb.

Sautqeyt 2016-cı ildən İngiltərə milllisinin baş məşqçisi idi. Komanda bu müddət ərzində ümumilikdə 102 matç keçirib.

Yığma onun rəhbərliyi altında ardıcıl 2 Avropa çempionatının finalına yüksəlib və çempionluğu əldən verib. 

İngiltərə millisi Avro-2020-də İtaliyaya, Avro-2024-ün finalında isə İspaniyaya məğlub olub.

writer photo
Əlirza Əlirzalı
0