“Liverpul”un 75 milyonluq transferi açıqlandı
13.06.2022 - 13:02
“Liverpul”un 75 milyonluq transferi açıqlandı

“Benfika”nın hücumçusu Darvun Nunyesin “Liverpul”a transferi rəsmiləşib.

Apasport.az xəbər verir ki, bu barədə Portuqaliya klubu məlumat yayıb.

Bildirilib ki, Uruqvay millisinin forvardının keçidində klublar ortaq məxrəcə gəlib. 23 yaşlı oyunçunun transferindən “Benfika” 75 milyon avroluq gəlir əldə edib. Mükafatlarla birlikdə bu məbləğ 100 milyon avroya qədər qalxa bilər.

Nunyes özü isə bu gün tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə 6 illik müqavilə imzalayacaq.

writer photo
Əlirza Əlirzalı
0