İngiltərədən əsrdə ilk
24.09.2022 - 11:16
İngiltərədən əsrdə ilk

İngiltərə millisi ardıcıl üç oyunda qol vurmayıb.

Apasport.az saytının məlumatına görə, Qaret Sautqeytin yetirmələri bu uğursuzluğu Millətlər Liqasında yaşayıb.

Böyük britaniyalılar İtaliya ilə iki (0:0, 0:1), Macarıstanla bir (0:4) matçda qola həsrət qalıb. İngiltərə millisi XXI əsrdə ilk dəfə belə qol həsrəti yaşayıb.

Sonuncu belə uğursuzluq 2000-ci ilin noyabrında qeydə alınıb. Onda DÇ-2002-nin Almaniya (0:1) və Finlandiya (0:0) ilə seçmə oyunları və İtaliya ilə yoldaşlıq (0:1) matçında rəqib qapısına yol tapılmayıb.

Qeyd edək ki, V turda İtaliyaya 0:1 hesabı ilə uduzan İngiltərə B liqasına yuvarlanıb.
 

writer photo
Əlirza Əlirzalı
0