Leandro Andradedən milli komanda ilə bağlı şok qərar
16.01.2024 - 22:10
Leandro Andradedən milli komanda ilə bağlı şok qərar

“Qarabağ”ın futbolçusu, Kabe-Verde milli komandasının da aparıcı üzvü olmuş Leandro Andrade zədəli olmasa da, hazırda davam edən Afrika Millətlər Kubokunun final mərhələsində yığmasından kənarda qalıb.

Apasport.az olaraq Leandronun Patrikdən fərqli olaraq millinin düşərgəsində olmamasının səbəbini araşdırdıq.

Saytımıza verilən məlumata görə, Leandro Andrade milli komandadakı karyerasını başa vurub. Bu sırf onun öz qərarıdır. Andrade daha Kabe-Verde millisində oynamamaqla bağlı qərar qəbul edib.

Məhz buna görə də, ona Afrika Millətlər Kubokunda oynamaq təklifi gəlsə də, bundan imtina edib.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2022-ci ildən Kabe-Verde millisində oynayırdı və yığmanın heyətində 6 oyuna çıxmışdı.

writer photo
Əlirza Əlirzalı
0