“İnter” onu istəyir
31.07.2023 - 21:54
“İnter” onu istəyir

“İnter” daha bir futbolçuya elçi düşüb.

Apasport.az saytı xəbər verir ki, İtaliya təmsilçisi 
"Vest Hem"in hücumçusu Canluka Skamakkanı A seriyasına qaytarmağı planlaşdırır.

24 yaşlı forvardın keçidi üçün ingilislərlə danışıqlara başlayan “neradzurri” yaxın vaxtlarda transferi tamamlamağı hədəfləyir. İtaliyaya qayıtmağın əleyhinə olmayan Canluka isə veriləcək son qərarı gözləyir. 

Qeyd edək ki, 2022/23 mövsümündə 27 matçda iştirak edən İtaliya millisinin üzvü 8 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0