“İnter” onunla danışıqlara başladı
07.04.2023 - 16:56
“İnter” onunla danışıqlara başladı

“İnter” heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.

Apasport.az saytı xəbər verir ki, Milan təmsilçisi “Mançester Yunayted”dən Viktor Lindelöfün transferi üçün danışıqlara başlayıb.

İngiltərə klubu İsveç millisinin 28 yaşlı futbolçusunu satmaqda maraqlı olduğundan “neradzurri”nin keçidi həll edəcəyi bildirilir.

Qeyd edək ki, Lindelöf 2017-ci ildən “qırmızı şeytanlar”ın şərəfini qoruyur. 

writer photo
Əlirza Əlirzalı
0