"İnter"də yeni müqavilə
03.03.2024 - 13:42
"İnter"də yeni müqavilə

"İnter" baş məşqçisi Simone İnzagi ilə müqavilə müddətini uzadacaq.

Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

O bildirib ki, 47 yaşlı mütəxəssisin sözləşməsi 2027-ci ilin yayınadək uzadılacaq.

Qeyd edək ki, Simone İnzagi 2021-ci ilin yayında "İnter"in baş məşqçisi təyin olunub. Komanda ötən mövsüm UEFA Çempionlar Liqasının finalında İngiltərənin "Mançester Siti" klubuna 0:1 hesabı ilə uduzub. 

writer photo
Əlirza Əlirzalı
0