Superkubokun vaxtı açıqlandı
26.10.2023 - 17:19
Superkubokun vaxtı açıqlandı

İspaniya Superkubokunun Səudiyyə Ərəbistanda keçiriləcək oyunlarının vaxtı dəqiqləşib.

Apasport.az xəbər verir ki, matçlar 2024-cü il yanvarın 10-14-də keçiriləcək.

Turnirdə “Real”, “Atletiko”, “Barselona” və “Osasuna” komandaları mübarizə aparacaq. Yarımfinal matçları yanvarın 10-da və 11-də, final isə 14-də baş tutacaq.

Qeyd edək ki, qarşılaşmalar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Əl-Əvval Park” stadionunda keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0