"İnter"dən 37 milyonluq xərc
28.11.2023 - 16:18
"İnter"dən 37 milyonluq xərc

"İnter"in transfer etmək istədiyi Pyotr Zelinskiyə ödəyəcəyi məbləğ məlum olub.

Apasport.az xəbər verir ki, Milan klubu "Napoli"nin yarımmüdafiəçisi ilə razılığa gəlib.

"İnter" futbolçuya ümumilikdə 37 milyon avro ödəyəcək. Zelinskinin öncədən 5 milyonluq imza bonusu alacaq. Onun illik maaşı isə 8 milyon təşkil edəcək. Futbolçunun 4 illik anlaşma imzalayacağı gözlənilir.

Qeyd edək ki, 29 yaşlı oyunçunun "Napoli" ilə hazırkı müqaviləsi 2024-cü ilin yayında bitəcək. Bu üzdən “İnter” neapollulara da transfer məbləği ödəməli olacaq.

writer photo
Əlirza Əlirzalı
0