![Təmsilçimiz Fransada
YARIMFİNALDA](https://apasport.az/storage/news/2024/march/24/big/65ffc2f0d8e2865ffc2f0d8e29171126040065ffc2f0d8e2665ffc2f0d8e27.jpeg)
Fransanın Tuluza şəhərində 3x3 basketbol üzrə keçirilən beynəlxalq turnirin ilk oyun günü yekunlaşıb.
Apasport.az xəbər verir ki, klublar arasında təşkil olunmuş turnirdə ölkəmizi qadınlardan ibarət "Bakı" təmsil edir.
Komandamız A qrupunda "Karfagen" (Tunis) və "Nayrobi Kiyati" (Keniya) klubları ilə qarşılaşıb. Basketbolçularımız, müvafiq olaraq, 16:15 və 17:12 hesabları ilə qələbə qazanıb. Sabah yarımfinal oyunları keçiriləcək.
Qeyd edək ki, yığmamızın üzvləri Dina Ulyanova, Aleksandra Mollenhauer, Mersedes Volker və Tatyana Deniskinadan təşkil olunan “Bakı” turnirdə iştirak məqsədi Paris-2024 Yay Olimpiya Oyunlarının Təsnifat Turnirinə hazırlaşmaqdır.