“İnter”dən İnzaqi qərarı
13.03.2023 - 21:24
“İnter”dən İnzaqi qərarı

“İnter”in baş məşqçisi Simone İnzaqi postunda qalacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İtaliya klubunun rəhbərliyi verib.

Milanlılar mütəxəssisi mövsümün sonunadək vəzifəsində saxlayacaq. Bu barədə İnzaqiyə də məlumat verilib. 

Yeni baş məşqçi axtarışında olan “İnter” yalnız mövsümlərarası dövrdə dəyişiklik edəcək. Bu posta Antonio Kontenin gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, A seriyasının turnir cədvəlində ikinci olan “İnter” Çempionlar Liqası və İtaliya kubokunda mübarizəni davam etdirir.

writer photo
Əlirza Əlirzalı
0