"İnter"in futbolçusu PSJ ilə anlaşdı
20.01.2023 - 21:03
"İnter"in futbolçusu PSJ ilə anlaşdı

"İnter"in müdafiəçisi Milan Şkrinyar mövsümün sonunda Paris klubuna keçmək üçün PSJ ilə anlaşıb.

Apasport.az xəbər verir ki, 27 yaşlı slovakiyalının Milan klubu ilə müqaviləsi iyunda başa çatacaq və bundan sonra Şkrinyar pulsuz olaraq PSJ-yə keçəcək.

Futbolçu ilə müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gələ bilməyən "İnter"in müdafiəçini 6 ay sonra pulsuz itirməmək üçün qış transfer pəncərəsində satacağı da ehtimal edilir.

O da qeyd olunur ki, PSJ yanvarda Milan Şkrinyarı almaq üçün 10-15 milyon avro ödəməyə hazırdır.

writer photo
Əlirza Əlirzalı
0