"İnter"in keçmiş hücumçusu 2 il müddətinə futboldan uzaqlaşdırılıb
26.03.2024 - 10:21
"İnter"in sabiq hücumçusu Qabriel Barbosa iki il müddətinə futboldan uzaqlaşdırılıb.
Apasport.az “O Globo” nəşrinə istinadla xəbər verir ki, braziliyalı futbolçu bu cəzanı antidopinq testinin nəticələrini saxtalaşdırmağa cəhd etdiyi üçün alıb.
2016-2020-ci illərdə braziliyalı "İnter"ə məxsus olub və burada 10 görüşdə cəmi 1 qol vurub.
2020-ci ildə yeni klubu "Flamenqo" olub.
0
0