İranda idman tədbirləri ləğv edilib
20.05.2024 - 11:10
İranda idman tədbirləri ləğv edilib

Bu həftə İranda bütün idman tədbirləri ləğv edilib.

Apasport.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Buna Prezident İbrahim Rəisinin ölümü səbəb olub. 

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

writer photo
Əlirza Əlirzalı
0