AFFA Ukraynada oynayan daha bir futbolçunu yığmaya cəlb etməyi planlaşdırır. Söhbət Rolan Mustafayevdən gedir.
Apasport.az saytına verilən məlumata görə, 16 yaşlı futbolçu AFFA-nın milliləşdiriləcəklər siyahısında yer alan əsas futbolçulardandır. Federasiya həmyerlimizin çıxışını diqqətdə saxlayır. Amma Rolanı aşağı yaş qruplarından ibarət yığmalarımıza cəlb etmək elə də asan olmayacaq. Çünki həmyerlimizə Ukraynada böyük ümidlər bəsləyirlər. Belə ki, o, Ukraynanın U-17 yığmaları arasında keçiriləcək seçmə mərhələ görüşlərində ona ümidlər bəsləyirlər.
Qeyd edək ki, Rolan Azərbaycan millisində bu il debüt etmiş Emil Mustafayevin kiçik qardaşıdır. O, "Rux" futbol akademiyasının üzvüdür.