Transferlərə nə qədər pul ayrılacaq?
30.05.2022 - 22:21
Transferlərə nə qədər pul ayrılacaq?

“Mançester Yunayted”in yay transfer pəncərəsində yeni futbolçular almaq üçün nə qədər vəsait ayıracağı məlum olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu transferlərə 140 milyon avro xərcləməyi planlaşdırır.

Yeni baş məşqçisi Erik ten Haq futbolçuların alınmasına daha çox vəsait toplanması üçün bəzi oyunçuların satılmasını istəyir. Böyük ehtimalla hücumçu Antoni Marsyal və müdafiəçilər Aaron van-Bissaka ilə Erik Bayli "qırmızı şeytanlar"ı tərk edəcək.

“Mançester Yunayted” rəhbərliyi “İnter”in müdafiəçisi Alessandro Bastoni, “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq və “Ayaks”ın bir neçə futbolçusunu almağı planlaşdırır.

writer photo
Əlirza Əlirzalı
0