Mourinyo iki təklifdən imtina etdi
07.08.2023 - 20:14
Mourinyo iki təklifdən imtina etdi

Joze Mourinyo Səudiyyə Ərəbistanından iki təklif alıb.

Apasport.az saytının məlumatına görə, bunu portuqaliyalı mütəxəssisin özü açıqlayıb.

Mourinyo bildirib ki, bu yay “Əl-Hilal” və “Əl-Əhli”nin baş məşqçisi postuna keçmək ehtimalı olub. Lakin “Roma”nın çalışdırıcısı indiki klubunda qalmağa qərar verib.

Qeyd edək ki, Mourinyo 2021-ci ildən İtaliya təmsilçisinə rəhbərlik edir.
 

writer photo
Əlirza Əlirzalı
0