"Qarabağ"ın "Ludoqorets"lə oyunlarına hakim təyinatları açıqlanıb
01.08.2024 - 15:16
"Qarabağ"ın "Ludoqorets"lə oyunlarına hakim təyinatları açıqlanıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın Bolqarıstan klubu “Ludoqorets”lə keçirəcəyi hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb.

Apasport.az xəbər verir ki, UEFA Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşmasını isə İtaliyadan olan hakimlər briqadasına həvalə edib.

“Qarabağ” – “Ludoqorets”
6 avqust. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00
Baş hakim: Urs Schnyder
Baş hakimin köməkçiləri: Marco Zürcher, Benjamin Zürcher
Dördüncü hakim: Sven Wolfensberger
VAR hakimləri: Fedayi San, Johannes von Mandach
(Hakimlər briqadası İsveçrədəndir)
 
“Ludoqorets” - “Qarabağ”
13 avqust. Ludoqorets Arena. Saat 22:00
Baş hakim: Simone Sozza
Baş hakimin köməkçiləri: Giorgio Peretti, Davide İmperiale
Dördüncü hakim: Matteo Marchetti
VAR hakimləri: Gianluca Aureliano, Marco Serra
(Hakimlər briqadası İtaliyadandır)

writer photo
Əlirza Əlirzalı
0