Konfrans Liqasında 16 oyun
08.09.2022 - 10:08
Konfrans Liqasında 16 oyun

Bu gün Konfrans Liqasında qrup mərhələsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, Avropanın üçüncü dərəcəli klub turnirində mübarizə aparan 32 komanda ilk matçına çıxacaq.

8 qrupda 16 oyun baş tutacaq. Azərbaycan təmsilçilərinin olmadığı mərhələdə qardaş Türkiyəni “Başakşəhər”lə “Sivasspor” təmsil edir.

Qeyd edək ki, növbəti turun qarşılaşmaları bir həftədən sonra baş tutacaq.

A qrupu
⚽ 20:45. “Harts” – “Başakşəhər”
⚽ 20:45. “Fiorentina” - RFS
B qrupu
⚽ 20:45. “Anderlext” – “Silkeborq”
⚽ 20:45. “Vest Hem” – “Styaua”
C qrupu
⚽ 20:45. “Vilyarreal” – “Lex”
⚽ 20:45. “Austriya” – “Hapoel” Beyer-Şeva
D qrupu
⚽ 20:45. “Slovaçko” – “Partizan”
⚽ 20:45. “Nitsa” – “Köln”
E qrupu
⚽ 23:00. “Vaduts” – “Apollon”
⚽ 23:00. “Dnepr-1” – “Alkmaar”
F qrupu
⚽ 23:00. “Molde” – “Gent”
⚽ 23:00. “Şemrok Rovers” – “Yurqorden”
G qrupu
⚽ 20:45. “Balikani” - ÇFR 
⚽ 23:00. “Sivasspor” – “Slaviya”
H qrupu
⚽ 23:00. “Bazel” – “Pünik”
⚽ 23:00. “Slovan” – “Jalgiris”
 

writer photo
Əlirza Əlirzalı
0