Millətlər Liqasının bu gün keçiriləcək oyunlarından biri B liqasına təsadüf edəcək.
Apasport.az saytının məlumatına görə, İslandiya öz meydanında Albaniyanı sınağa çəkəcək.
Futbol eksperti Aleksandr Alekseyenko qarşılaşmaya proqnoz verib:
Bu qrupa baxanda İslandiyanı favorit saymaq olar. Amma onların ən yaxşı dövrü də arxada qalıb. 2017-ci ilin sonunda FİFA reytinqində 10-cu olan yığma indi 52-ci sıraya qədər düşüb.
Balaca ölkəni ilklərə imza ataraq öncə AVRO-2016, ardınca DÇ-2018-ə çıxaran nəsil artıq yaşlaşıb, bəziləri karyerasını bitirib. İslandiya yeni heyətin formalaşmasını gözləyir və ortabablarla vuruşur. İlk turda İsraillə heç-heçə edən (2:2) şimallıların rəqibi startda istirahət edib.
Buna səbəb qrupda 3 komandanın olmasıdır. Balkanlılar inkişaf edir və böyük turnirə vəsiqəni Millətlər Liqasından qazanmağa çalışacaq. DÇ-lərdə oynamayan Albaniya qitə çempionatına yalnız 2016-cı ildə çıxıb.
Bu matçdan istənilən nəticə gözləmək olar. Hər iki komanda sabitliyi ilə seçilmir. İslandiyalılar hələ də istənilən autsayderləri məğlub edəcək gücdə olsa da, ortabablar önündə özünü yaxşı hiss etmir. Albaniyalılar da top-rəqiblərə qarşı nə isə ortaya qoymağı bacarmır. Bütün bunlara əsasən görüşün sülhlə, yəni heç-heçə bitməsini gözləyirəm.
Proqnozum: X