Azərbaycan millisi bu həftə iki oyun keçirəcək.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazi Millətlər Liqasının son iki matçında iki təcrübəli futbolçusunun xidmətindən yararlanmayacaq.
Maksim Medvedev zədəlidirsə, Qara Qarayev baş məşqçinin planlarına daxil olmayıb. Bu iki simanın yoxluğunda hazırkı heyətdə yalnız bir futbolçu millidəki oyun sayında 50-ni arxada qoyub.
Yığmanın ən təcrübəlisi Bədavi Hüseynovun aktivində 64 matç var. Onun həm yığma, həm “Qarabağ”dakı komanda yoldaşı Ramil Şeydayev isə “100”ü bu həftə yarılaya bilər.
Digər futbolçulardan 14-ü ən azı on dəfə milli forma geyinib. 9 oyunçu da bu göstərici birrəqəmli ədədlə ifadə olunur. Yeganə debütant isə Ozan Can Kökçüdür.
Futbolçu |
oyun |
qol |
Bədavi Hüseynov |
64 |
1 |
Ramil Şeydayev |
48 |
8 |
Mahir Emreli |
36 |
5 |
Emin Mahmudov |
32 |
8 |
Riçard Almeyda |
26 |
3 |
Anton Krivotsyuk |
25 |
0 |
Abbas Hüseynov |
21 |
0 |
Səlahət Ağayev |
21 |
-26 |
Eddi İsrafilov |
19 |
0 |
Bəhlul Mustafazadə |
18 |
0 |
Renat Dadaşov |
16 |
0 |
Şahrudin Məhəmmədliyev |
15 |
-21 |
Emil Balayev |
13 |
-19 |
Hoccət Haqqverdi |
13 |
0 |
Anatoli Nuriyev |
11 |
0 |
Toral Bayramov |
10 |
0 |
Filip Ozobiç |
9 |
0 |
Aleksey İsayev |
7 |
0 |
Amin Seydiyev |
6 |
0 |
Rüstəm Əhmədzadə |
6 |
0 |
Elvin Camalov |
6 |
0 |
Elvin Cəfərquliyev |
4 |
0 |
Cəlal Hüseynov |
4 |
0 |
Musa Qurbanlı |
1 |
0 |
Qismət Alıyev |
1 |
0 |
Ozan Can Kökçü |
0 |
0 |