Premyer Liqa klubu müdafiəçi ilə danışıqlara başladı
19.12.2023 - 09:44
Premyer Liqa klubu müdafiəçi ilə danışıqlara başladı

“Nitsa”nın futbolçusu Jan-Kler Todibo karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, fransalı müdafiəçi “Tottenhem”in hədəfindədir.

London klubu 23 yaşlı futbolçu ilə ilkin danışıqlara başlayıb. Premyer Liqa təmsilçisi yaxın günlərdə Fransa klubuna rəsmi sorğu göndərməyi planlaşdırır.

Qeyd edək ki, Todibo cari mövsümün 14 matçında 1 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0