İspaniya millisi Gürcüstana butsu və qapıçı əlcəyi olmadan gəldi
08.09.2023 - 13:40
İspaniya millisi Gürcüstana butsu və qapıçı əlcəyi olmadan gəldi

İspaniya milli komandası xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytı xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələ oyunu üçün Gürcüstana gələn yığmanın başına iş gəlib.

Komandanı gətirən təyyarə Tbilisiyə çatdıqdan sonra bəlli olub ki, yüklərin bir hissəsi İspaniyada qalıb. Nəticədə ispanlar buts və qapıçı əlcəyi olmadan məşq etmək məcburiyyətində qalıblar. 

Qeyd edək ki, Gürcüstan - İspaniya matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0