İsveçin ulduzu MLS yolunda
17.12.2023 - 12:54
İsveçin ulduzu MLS yolunda

Daha bir futbolçu karyerasını  ABŞ çempionatında (MLS) davam etdirəcək.

Apasport.az xıəbər verir ki, “Nyu York Red Bulls” Emil Forsberqin transferini açıqlayıb.

"Leypsiq"in yarımmüdafiəçisi yanvarın birindən etibarən yeni klubunun heyətinə qoşulacaq. İsveç millisinin də şərəfini qoruyan futbolçu ilə müqavilə 2026-cı ilə qədər qüvvədə olacaq. Razılaşmaya əsasən klub oyunçunun çıxışından razı qalarsa anlaşmanı bir il daha artıra bilər.

Qeyd edək ki, 32 yaşlı Forsberq bu mövsüm meydana çıxdığı 21 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

​​​​​​

writer photo
Əlirza Əlirzalı
0