“Marsel” - “Lion” oyununun vaxtı dəqiqləşdi
02.11.2023 - 18:48
“Marsel” - “Lion” oyununun vaxtı dəqiqləşdi

Təxirə salınmış “Marsel” – “Lion” oyununun vaxtı dəqiqləşib.

Apasport.az xəbər verir ki, Fransa çempionatının 10-cu turu çərçivəsində oktyabrın 29-da keçirilməli olan matç dekabrın 6-da baş tutacaq.

Matçın təxirə salınmasına səbəb “Lion” avtobusunun maskalı azarkeşlərin hücumuna məruz qalması olub. Hadisə zamanı baş məşqçi ağır zədə alıb.

Qeyd edək ki, “Lion"un baş məşqçisi Fabio Qrossoya 13 tikiş vurulub. Onun vəziyyəti hazırda qənaətbəxş sayılır.

writer photo
Əlirza Əlirzalı
0