İtaliya klubunda yeni baş məşqçi
12.06.2024 - 09:19
İtaliya klubunda yeni baş məşqçi

A Seriya təmsilçilərindən "Latsio"nun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Roma klubunu Marko Baroni çalışdıracaq. 60 yaşlı mütəxəssis bu postda Mauritsio Sarrini əvəzləyib.

M.Baroni son olaraq İtaliyanın "Verona" klubuna rəhbərlik edib.

Qeyd edək ki, "Latsio" kollektivi A Seriyasında 2023/2024 mövsümünü 61 xalla 7-ci sırada bitirib.

writer photo
Əlirza Əlirzalı
0