İtaliyalı atlet Olimpiadadakı çıxışından əvvəl xəstəxanaya yerləşdirilib
05.08.2024 - 16:42
İtaliyalı atlet Olimpiadadakı çıxışından əvvəl xəstəxanaya yerləşdirilib

İtaliyalı olimpiya çempionu Canmarko Tamberi Olimpiya Oyunları zamanı xəstəxanaya yerləşdirilib.

Apasport.az xəbər verir ki, hündürlüyə tullanma yarışlarının başlamasına az qalmış atlet böyrək daşı səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib.

O, yüksək hərarətinin olduğunu, buna baxmayaraq yarışda iştirak etmək istədiyini yazıb: "Bunlara layiq deyiləm, Olimpiada üçün hər şeyi etmişəm. Oraya necə çatacağımı bilmirəm, amma tullanan sektorda olacağam. Vəziyyətimə baxmayaraq, son tullanışa qədər hər şeyimi verəcəm. Buna and içirəm".

 

writer photo
Əlirza Əlirzalı
0