İtalyanlar Lukakunu istəyir
09.08.2024 - 11:27
İtalyanlar Lukakunu istəyir

Uzun müddətdir gündəmi zəbt edən Romelu Lukakunun yeni komandası hələ də müəyyənləşməyib.

Apasport.az xəbər verir ki, futbolçunun xidmətində maraqlı olan klublar arasına "Napoli" də qoşulub.

Bundan əvvəl belçikalı hücumçunun adı "Fənərbaxça" və "Milan"la çəkilirdi. İtaliya mətbuatının verdiyi məlumata görə, indi isə daha bir Seriya A təmsilçisi "Napoli" Lukakuya təklif göndərməyə hazırlaşır.

31 yaşlı futbolçu ötən mövsümü "Roma"da icarə əsasında keçirib. O, meydana çıxdığı 47 matçda 21 qol vurub, 4 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0