“Jirona”dan rekord transfer
06.08.2023 - 16:21
“Jirona”dan rekord transfer

“Jirona” hücum xəttini ukraynalı futbolçu ilə gücləndirib.

Apasport.az saytı xəbər verir ki, Artyom Dovbik transferi Kataloniya klubuna 7 milyona başa gəlib.

Bu rəqəm klub tarixində rekord sayılır. Məbləğ Dovbikin çıxış etdiyi “Dnipro-1” və “Midtyulland” arasında bölüşdürüləcək. “Jirona” Artyomla 5 illik müqavilə imzalayıb. O, komandanın heyətə qatdığı ikinci ukraynalı futbolçu olub. Komanda bu ilin yanvarında Viktor Tsıqankovu 5 milyona transfer etmişdi.

Qeyd edək ki, Dovbik son mövsümdə 39 oyunda 29 dəfə fərqlənərək, qol vurmaq potensialını nümayiş etdirib.

writer photo
Əlirza Əlirzalı
0