“Tottenhem” DÇ-2022-ni gözləyir
04.11.2022 - 23:38
“Tottenhem” baş məşqçisi Antonio Konte ilə müqaviləni uzadacağı vaxtı müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssislə yeni anlaşma DÇ-2022 müddətində imzalanacaq.
Onun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Lakin İngiltərə klubu çalışdırıcını daha uzun müddətə sükan arxasında saxlamaq istəyir.
Qeyd edək ki, “Tottenhem” hazırda Premyer Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
0
0