"Jirona"nın futbolçusu "Real"ın əsas hədəfidir
29.01.2024 - 16:57
"Jirona"nın futbolçusu "Real"ın əsas hədəfidir

"Jirona"nın "Mançester Siti"dən icarəyə götürülən braziliyalı futbolçu Yan Kouto "Real"a keçə bilər.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, “kral klubu” 21 yaşlı oyunçunun transfer variantını dəyərləndirir.

Yan Kouto həm müdafiənin sağ cinahında, həm də hücuma daha yaxın oynamağa qadirdir.

Qeyd edək ki, o, bu mövsüm "Jirona"nın heyətində 26 matçda 2 qol vurub və 7 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0