Joan Laporta: “Müdafiəni gücləndirməliyik”
20.07.2022 - 00:00
Joan Laporta: “Müdafiəni gücləndirməliyik”

“Barselona”nın prezidenti Joan Laporta transfer çalışmalarını davam etdirdiklərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, o, xüsusən də, müdafiə xəttinə diqqəti artıracaqlarını etiraf edib.

Laportanın sözlərinə görə, baş məşqçi Xavi bu mövqeyə namizədlərin siyahısını da müəyyənləşdirib: “Müdafiə üzərində işləməyin, bu mövqeyi də gücləndirməyin vaxtıdır. Xavi diqqətimizi bir sıra oyunçulara yönəldib. Ümid edirəm ki, kataloniyalılar daha bir neçə sevinc yaşayacaqlar”.

Yayılan məlumata La Liqa təmsilçisi “Çelsi”dən Markos Alonso, Sezar Azpilikueta və “Sevilya”dan Jül Kunde ilə danışıq aparır.

Qeyd edək ki, “Barselona” yay transfer pəncərəsində Andreas Kristensen (“Çelsi”), Frank Kessye (“Milan”), Robert Levandovski (“Bavariya”) və Rafinyanı (“Lids”) transfer edib.
 

writer photo
Əlirza Əlirzalı
0