Jorje Jesus ulduz oyunçunu Ərəbistana gətirmək istəyir
22.08.2024 - 12:35
Jorje Jesus ulduz oyunçunu Ərəbistana gətirmək istəyir

Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu Joao Kanselonu rənglərinə bağlamaq istəyir.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrizio Romano yayıb.

"Əl Hilal" portuqal müdafiəçi üçün rəsmi təklif də göndərib.

Futbolçu baş məşqçi Jorje Xesusun əsas seçimidir. Əgər onun transferi gerçəkləşərsə, klub sağ cinah müdafiəçisi Saud Abdulhamidi "Roma"ya göndərə bilər.

Qeyd edək ki, "Barselona" da Kanselonu geri qaytarmaq istəyindədir, lakin maddi məsələlər katalonları çətinə salır. 

writer photo
Əlirza Əlirzalı
0