Jorjinyo Milanda
30.06.2022 - 22:31
Jorjinyo Milanda

“Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, “Napoli”nin sabiq futbolçusu yenidən İtaliyaya qayıdır.

Ancaq Skuadra Adzurranın oyunçusu bu dəfə Milan klubunun formasını geyinəcək. 31 yaşlı dayaq yarımmüdafiəçisi danışıq aparmaq üçün artıq Milana yollanıb. Ancaq onun “İnter”, yoxsa “Milan”la danışıq apardığı sirr olaraq saxlanılır.

Qeyd edək ki, Jorjinyonun “Çelsi” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0