Jorjinyunun "Arsenal"da müqaviləsinin müddəti bilindi
31.01.2023 - 22:39
Jorjinyunun "Arsenal"da müqaviləsinin müddəti bilindi

"Çelsi"nin yarımmüdafiəçisi Jorjinyu "Arsenal"a keçib.

Apasport.az xəbər verir ki, İtaliya millisinin 31 yaşlı braziliyalı legioneri artıq tibbi müayinədən keçib və "topçular"la 2024-cü ilin yayına qədər müqavilə imzalayacaq.

Müqavilənin dəyəri 10 milyon funt sterlinq və bonuslar olaraq 2 milyon funt sterlinq olacaq.

Qeyd edək ki, Jorjinyu bu mövsüm "Çelsi" ilə bütün turnirlərdə 25 oyun keçirib və 3 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0