Joze Mourinyonu o əvəz edə bilər
16.01.2024 - 09:18
Joze Mourinyonu o əvəz edə bilər

Daniele De Rossi "Roma"nın baş məşqçisi ola bilər.

Apasport.az xəbər verir ki, paytaxt klubunun sabiq futbolçusunun Joze Mourinyonu əvəzləyəcəyi bildirilir.

İddialara görə,  klub rəhbərliyi portuqaliyalının hakimlərin işindən giley-güzar etməsindən, azarkeşlər isə komandanın nəticələrindən narazıdır.

Mourinyonun, xüsusilə, ərəb klublarından sərfəli təkliflər aldığını nəzərə alsaq, bu dəyişikliyin mümkün olduğu görünür.

Qeyd edək ki, “Roma” İtaliya A seriyasında keçirdiyi 20 matçdan sonra 29 xalla turnir cədvəlinin 9-cu pilləsində yer alır. Komanda son 5 çempionat oyununun 3-ü məğlubiyyətlə başa vurub. 

writer photo
Əlirza Əlirzalı
0