Jozef Blatter və Mişel Platiniyə korrupsiya işi üzrə bəraət verildi
08.07.2022 - 12:23
Jozef Blatter və Mişel Platiniyə korrupsiya işi üzrə bəraət verildi

FIFA-nın keçmiş prezidenti Jozef Blatter və UEFA-nın sabiq rəhbəri Mişel Platini korrupsiya işi üzrə bəraət alıb.

Apasport.az saytının məlumatına görə, bu qərarı İsveçrə Federal Məhkəməsi verib.

Ötən ilin noyabrında federal prokurorlar onları ittiham etmiş, FIFA tərəfindən Platiniyə qeyri-qanuni şəkildə 2 milyon İsveçrə frankı ödənildiyi iddia olunmuşdu. Onların 18 aylıq şərti həbs cəzası tələbi qəbul edilməyib.

Bellinzona şəhər məhkəməsi sabiq futbol funksionerlərinin bəraətinə qərar verib.
 

writer photo
Əlirza Əlirzalı
0