Junior Messias "Cenoa"da qaldı
14.01.2024 - 12:23
Junior Messias "Cenoa"da qaldı

“Cenoa” yarımmüdafiəçisi Junior Messiasın hüquqlarını alıb.

Apasport.az xəbər verir ki, A seriyası təmsilçisi komandada icarə əsasında çıxış edən 32 yaşlı futbolçunun satınalma bəndini aktivləşdirib.

Əməliyyatın ümumi məbləği 3 milyon avro təşkil edib. Braziliyalı futbolçunun 2025-ci ilin yayına kimi komandada qalması nəzərdə tutulur.

Qeyd edək ki, bu mövsüm “Cenoa” forması ilə 9 matça çıxan Messias 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0