Kazemiro maaşı azaldılacaq: Mançesterlilər “dördlüy”ə düşməsə
05.09.2022 - 00:27
Kazemiro maaşı azaldılacaq: Mançesterlilər “dördlüy”ə düşməsə

Kazemironun “Mançester Yunayted”dəki maaşı komandanın nəticələrindən asılı olacaq.

Apasport.az saytının məlumatına görə, braziliyalının İngiltərə klubu ilə müqaviləsinin bəzi detalları üzə çıxıb.

O, “Real”dakından çox qazanacaq. Kazemironun həftəlik maaşı 350 min funt sterlinq təşkil edəcək.

Lakin komandanın Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmaması bu rəqəmə təsir edəcək. Əgər mançesterlilər “dördlüy”ə düşməsə Kazemironun maaşı azaldılacaq. O, “Real”dakı qədər qazanacaq.

Qeyd edək ki, Kazemiro bu ilin yayında İspaniya nəhəngindən Mançester klubuna keçib.
 

writer photo
Əlirza Əlirzalı
0