Kenan Yıldız tarixə düşdü - Del Pyeronu kölgədə qoydu
18.09.2024 - 12:03
“Yuventus” Çempionlar Liqasının Liqa mərhələsinin I turunda PSV-ni məğlub edib – 3:1.
Apasport.az xəbər verir ki, görüşdə birinci qolu vuran Kenan Yıldız “qoca sinyora”nın tarixinə düşüb.
Belə ki, o, klub tarixində turnirdə fərqlənən ən gənc futbolçu adını qazanıb.
19 yaşlı futbolçu Del Pyeronun (20 yaşlı) rekordunu qıraraq, "Yuventus"un heyətində Çempionlar Liqasında qol vuran ən gənc futbolçu olub.
Həmçinin Türkiyə millisinin futbolçusu Çempionlar Liqasının yeni formatında ilk qol vuran futbolçu olub.
0
0