Kərim Benzema “Qızıl top” mükafatını qazandı
17.10.2022 - 23:55
Kərim Benzema “Qızıl top” mükafatını qazandı

66-cı dəfə ilin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, məşhur “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına Kərim Benzema yiyələnib.

2022-ci ilin qalibinin adı Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdə “Real”ın fransalı hücumçusu mükafatına qovuşub. Ona mükafatı keçmiş baş məşqçisi, əfsanəvi fransalı Zinəddin Zidan təltif edib.

“France Football”ın səsverməsində “Bavariya”nın seneqallı forvardı Sadio Mane 2-ci, “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne isə 3-cü olub. Bu “üçlük”lə yanaşı, namizədlər sırasında olan “Barselona”nın polşalı hücumçusu Robert Levandovski 4-cü yeri tutub.

Qeyd edək ki, 1956-cı ildən ən yaxşıya təqdim olunan “Qızıl top” 2010-15-ci illərdə FIFA və “France Football”ın birgə təşkilatçılığı ilə sahibini tapıb.

writer photo
Əlirza Əlirzalı
0